“Türkiyə Cümhuriyyəti Azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında”

27/01/2016

Bakı Dövlət Universitetinin Türk xalqları tarixi kafedrasının təşəbbüsü ilə “Türkiyə Cümhuriyyəti Azərbaycanlı gənc tədqiqatçıların araşdırmalarında” mövzusunda Respublika tələbə-gənclərinin elmi konfransı keçiriləcək.

2016-cı il may ayının 19-20-də baş tutacaq konfrans Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 135 illik yubileyinə həsr olunacaq. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura şöbələrində təhsil alan tələbələrin iştirakı ilə keçiriləcək konfrans “Türkiyənin Cümhuriyyət dövr tarixi”, “Türkiyə beynəlxalq münasibətlər sistemində”, “Türkiyə - Azərbaycan münasibətləri”, “Atatürk və biz” adlı bölmələrdə keçiriləcək. Məruzləri Azərbaycan, türk, rus və ingilis dillərində ediləcək. Konfransın daha bir bölməsi türkiyəli gənclərin yuxarıda qeyd edilən məsələlərlə bağlı düşüncələri, araşdırmalarının dinlənilməsinə həsr olunacaq. Bu bölmədə müzakirələrə Azərbaycanda təhsil alan türkiyəli tələbələr qatıla biləcəklər.

Konfransın təşkilat və elmi komitələrində Türk xalqları tarixi kafedrasının əməkdaşlıq etdiyi Uludağ (Bursa, Türkiyə) və İstanbul Gelişim Universitetindən  mütəxəssislər yer alıblar.

Mətbuat və informasiya şöbəsi, 27 yanvar 2016-cı il.


Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026