Türkiyə Elmlər Akademiyasının prezidenti Muzaffer Şeker BDU-da

13/08/2025

Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti professor Muzaffer Şeker Bakı Dövlət Universitetində (BDU) olub.

Qonağı salamlayan BDU rektoru Elçin Babayev türkdilli dövlətlərin özünün intibah dövrünü yaşadığını qeyd edib. O bildirib ki, türk dövlətlərinin universitet və akademiyaları arasında əməkdaşlıq daha da genişləndirilməli, ənənəvi humanitar və sosial sahələrlə yanaşı, təbiət elmləri istiqamətində və fənlərarası sahələrdə də layihələr çoxaldılmalıdır. Bu baxımdan oktyabrın 28-31-də BDU, Beynəlxalq Türk Akademiyası və TÜBA ilə Bakıda birgə keçiriləcək Süni intellekt etikası üzrə beynəlxalq tədbir xüsusi önəm daşıyır.

Türkiyə Elmlər Akademiyasının prezidenti professor Muzaffer Şeker TÜBA-nın Azərbaycanla akademik əməkdaşlığı daha da gücləndirməyi hədəflədiyini vurğulayıb. O qeyd edib ki, TÜBA Azərbaycanın əsas elm və təhsil məbədi olan BDU ilə hər sahədə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Görüşdə BDU və TÜBA arasında birgə elmi layihələrin və akademik təşəbbüslərin həyata keçirilməsi də müzakirə olunub.

 

Xəbərlər

BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilir

BDU-da abituriyentlər üçün “Açıq qapı” günü elan edilir
27/07/2026

BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir

BDU-nun 736 bakalavrı yay semestri dərslərində iştirak edir
27/07/2026

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib
24/07/2026