Türkiyə filosofları Bakı Dövlət Universitetini ziyarət etdilər

04/05/2009

Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (AFSEA) və Türk Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) təşkilatçılığı ilə mayın 2-də Bakıda keçirilən «Müasir dünyada yeni düşüncəyə ümumi baxış» beynəlxalq elmi konfransında iştirak etmək məqsədilə Azərbaycana gələn bir qrup Türkiyə filosofu bu gün Bakı Dövlət Universitetini ziyarət etdilər.
Azərbaycanın tanınmış filosof alimləri - akademik Fuad Qasımzadə, professorlar - Həmid İmanov, Bəxtiyar Əliyev, Rəbiyyət Aslanova və digər natiqlərin iştirak etdikləri görüşdə çıxış edən Azərbaycan Fəlsəfə Sosial Elmlər Assosiasiyasının İdarə Heyətinin sədri Səlahəddin Xəlilov Türkiyə ilə Azərbaycan filosofların arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədi ilə ortaq fəlsəfə terminologiyasının yaradılmasının, ortaq çap məhsulunun nəşrinə başlanmasının, fəlsəfi araşdırmalarla məşğul olan qurumları öz ətrafında birləşdirəcək assosiasiyanın təsis edilməsinin vacibliyini vurğulamışdır.
Görüşdə iştirak edən Elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyev qonaqlara universitet haqqında geniş məlumat verərək BDU-nun Azərbaycanda fəaliyyət göstərən 49 ali təhsil məktəbləri arasında flaqman rolunu oynadığını bildirmişdir.
«Azərbaycan filosoflarının uğurlarından yalnız qürur duyuruq», - deyən alim Kənan Gürsoy Türkiyədə fəlsəfə fənninin tədrisi haqqında görüş iştirakçılarını məlumatlandıraraq, təmsil etdikləri İstanbul Universitetində Türkiyədə ilk olaraq Fəlsəfə kafedrasının açıldığını bildirdi. Türk alimi ortak fəlsəfi terminlərinin yaradılmasında Azərbaycan və Türkiyə elm adamlarının əməkdaşlığının əhəmiyyətini xüsusi vurğulayaraq, Azərbaycan dilində qorunub saxlanılan ərəb-fərs fəlsəfi terminlərinin çox faydalı olacağını bildirdi.
Tədbirdə çıxış edən akademik Fuad Qasımzadə türk fəlsəfə məktəbinin uzun yol qət etdiyini, islam-türk fəlsəfəsi sahəsində böyük nailiyyətlər qazandığını və Azərbaycan elm xadimləri üçün bu təcrübənin faydalı olduğunu nəzərə çatdıraraq fikrini belə yekunlaşdırdı: «Cəlaləddin Rumi, Yunis Əmrə və Tasavvuf fəlsəfəsinin digər təmsilçilərinin öyrənilməsində Azərbaycan və türk filosoflarının əməkdaşlığı zəruridir».
Çıxış edən digər natiqlər tədbirin əhəmiyyətindən söz açaraq, belə müzakirələrin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğuladılar.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024