Türkiyə Mədəniyyət günü

01/12/2009

BDU-da keçirilən Türkiyə günü

Noyabrın 24-də BDU-da Türkiyəyə həsr olunmuş mədəniyyət günü keçirildi. Tədbiri giriş sözü ilə açan BDU-nun rektoru akademik Abel Məhərrəmov qonaqları salamladı, BDU-da bu cür tədbirin təşkil olunmasını iki qardaş ölkə arasında əlaqələrin genişlənməsinə təkan verəcəyini vurğuladı. Daha sonra Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Hulusi Kılıç çıxış etdi və bu cür tədbirin keçirilməsində  başda rektor Abel Məhərrəmov olmaqla əməyi keçən  hər bir kəsə dərin minnətdarlığını bildirdi. Bundan sonra Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən BDU-ya 200 ədəd kitab hədiyyə olundu. Tədbirdə eyni zamanda türk dilində  şeir  müsabiqəsinin qalibləri mükafatlandırıldı. Birinci yerin qalibi ona uğur gətirən şeirini tamaşaçıların diqqətinə çatdırdı. Tədbirin sonunda BDU-da təhsil alan türk tələbələrinin ifasında türk milli rəqsi nümayiş olundu və mahnılar ifa olundu. Tədbir Türkiyəyə həsr olunmuş sərginin  nümayişi ilə  başa çatdı.

Xəbərlər

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026