Türkiyə səfiri BDU-da

13/04/2010

Rektor, akademik Abel Məhərrəmov aprelin 12-də Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıcı qəbul edib. Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, o cümlədən təhsil sahəsində fikir mübadiləsi aparılıb. Universitetdə təhsil alan türkiyəli tələbələr haqqında danışan rektor qardaş Türkiyənin Azərbaycana tələbə göndərərkən daha savadlılarına üstünlük verməsinin gərəkliyindən bəhs edib. Görüşdə Türkiyə Təhsil Nazirliyi nümayəndələrinin ölkəmizə nəzərdə tutulan səfərləri, 19 may Gənclər və İdman günü ilə bağlı da fikir mübadiləsi aparılıb. Səfir Hulusi Kılıc Okan Universiteti rəhbərliyinin BDU-ya gəlmək niyyətlərini və azərbaycanlı tələbələrin adıçəkilən universitetdə təhsi almaları üçün maraqlı olduqlarını bildirib. İkitərəfli görüşün sonunda səfir rektoru Türkiyə universitetlərini ziyarətə dəvət edib. Görüş Sosial Elmlər və psixologiya fakültəsində davam etdirilib. Adıçəkilən fakültədə TİKA və Gəncliyə Yardım Fondu tərəfindən qurulan, 12-13 nəfər tələbənin kompyuterlə sərbəst işləyəcəyi otağın açılış rəmzi olan qırmızı lenti rektor və səfir kəsib. Azərbaycan-Türkiyə münasibətlərinə toxunan akademik Abel Məhərrəmov bildirib ki, əslində bu əlaqələrdən danışmasaq da olar. Çünki bu münasibətlərin hansı səviyyədə olduğu hamıya yaxşı məlumdur. Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının daimi olduğunu söyləyən akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin «Bir millət, iki dövlət» kəlamını da yada salaraq  göstərdikləri diqqətə, qayğıya görə Türkiyə Böyükelçiliyinə, TİKA və Gəncliyə Yardım Fondunun rəhbərlərinə təşəkkür edib. «Sizinlə işləməyə hər zaman hazırıq», - deyən səfir isə öz növbəsində ölkələrarası münasibətlərin inkişafından, təhsil sahəsində qurulan əməkdaşlıqdan son dərəcə məmnun olduğunu bildirib. Daha sonra 50 nəfərlik konfrans otağına baxış keçirilib. Səfir otağın dizaynını və avadanlıqların keyfiyyətini bəyəndiyini diqqətə çatdırıb. Akademik Abel Məhərrəmov isə bildirib ki, otaq həm də xüsusi mühazirələr, konfrans, Elmi  şura və Müdafiə şuraları üçün əlverişlidir. Otaqda quraşdırılan proyektor vasitəsilə fakütənin tarixi, bu günü ilə bağlı fotoşəkillərlə tanış olan səfirə dekan, professor Hikmət Əlizadə fakültənin bukletini hədiyyə edib. Səfirliyin əməkdaşları isə rektora kitablar bağışlayıblar.

Fəlsəfə tarixi kafedrasının müdiri, professor Rəbiyyət Aslanova BDU-ya, fakültəyə göstərdikləri diqqətə görə səfirlik işçilərinə, adlarıçəkilən qruplara təşəkkür edib və fakültənin müasir kitabxanaya olan tələbatını ödəmək üçün səfirliyin dəstəyinə ehtiyac duyulduğunu diqqətə çatdırıb. Səfilik işçiləri isə professorun xahişini nəzərə alacaqlarını bildiriblər.

Görüş qarşılıqlı maraq doğuran fikir mübadiləsi əsasında başa çatıb.

Mətbuat xidməti

Xəbərlər

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorları arasında görüş keçirilib
02/11/2024

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir

BDU komandası Çində keçirilən "Belt and Road” Beynəlxalq universitetlərarası startap yarışmasının qalibidir
02/11/2024

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir

BDU və Qazax Milli Tədqiqat Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir
01/11/2024