Türkiyəli professor BDU-da mühazirə oxuyub
30/03/2018
Bakı Dövlət Universitetinin Kimya fakültəsində Türkiyənin Səlcuq Universitetinin professoru Mustafa Ərsözlə görüş keçirilib. Dekan, professor Abdulsəid Əzizov qonağı salamladıqdan sonra Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələri, o cümlədən rəhbərlik etdiyi fakültənin fəaliyyəti barədə məlumat verib. O, xarici universitetlərin elm adamlarının mütəmadi olaraq BDU-da mühazirələr oxumasının əhəmiyyətini xüsusi vurğulayıb.
Daha sonra professor Mustafa Ərsöz tədqiqat sahəsi, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Professor tədqiqat sahəsi olan fiziki və qeyri-üzvi kimya mövzusunda mühazirə oxuyub, auditoriyanın suallarını cavablandırıb.
Mətbuat və informasiya şöbəsi, 30 mart 2018-ci il.
Xəbərlər
BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
BDU-da “44 günün qəhrəmanları – Zəfərin əbədi yaddaşı” adlı tədbir
BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
BDU tələbələri narkomaniyanın fəsadları barədə məlumatlandırılıb
BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
BDU Keniyanın Suahili Mədəniyyət Kitabxanasına kitab və jurnallar hədiyyə edib
