Türkiyəli mütəxəssislər BDU-da ustad dərsləri keçiblər

03/12/2024

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin, Türkiyənin Bartın, Çankırı Karatekin və Kastamonu universitetlərinin İnformasiya və sənəd menecmenti bölümlərinin birgə təşkil etdikləri III Beynəlxalq Ənənədən Gələcəyə İnformasiya və Sənəd Menecmenti Simpoziumu çərçivəsində türkiyəli mütəxəssislərin ustad dərsləri təşkil olunub.

Ustad dərslərində Bartın, Çankırı Karatekin, Kastamonu, İstanbul 29 Mayıs, Atatürk universitetlərinin İnformasiya və sənəd menecmenti bölümlərinin rəhbərləri Ahmet Altay,  Coşkun Polat, Hasan Keseroğlu, Berrin Balkaş Yılmaz, Dündar Ali Kılıç “İnformasiya cəmiyyətinə inteqrasiyada xalq kitabxanalarının rolu”, “Kitabxana kolleksiyasının menecmenti”, “Peşə etikası”, “Kitabxana binaları: davamlı memarlıq aspektindən dəyərləndirmə”, “Arxivlər: keçmişdən gələcəyə miras”, Kastamonu Universitetinin İnformasiya və sənəd menecmenti bölümünün dosenti Hamid Derviş “Bibliometriya və sosial şəbəkələrin təhlili” mövzularında tələbələrə mühazirələr oxuyublar.

Mühazirələrdə sənəd menecmenti, informasiya logistikası, müəlliflik hüquqları və əlaqəli hüquqlar, kitabxana-informasiya fəaliyyəti, muzey, arxiv işi və s. kimi mühüm istiqamətlər şərh olunub, tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin məzunlarının hamısı ali məktəbə qəbul olunub
26/08/2026

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir

BDU Özbəkistanın ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirir
25/08/2026

BDU-ya qəbul olunanların nəzərinə!

BDU-ya qəbul olunanların nəzərinə!
25/08/2026