Türkiyəli professor BDU-da elm seminar keçirib

30/10/2024

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində BDU-nun Rəqəmsal araşdırmalar elmi-tədqiqat laboratoriyasının müdiri, türkiyəli professor Olcay Coşkunun “Sadə şəkillər” mövzusunda elmi seminarı keçirilib.

Məruzədə sadə ədədlərdən istifadə etməklə şəkilləri müəyyən etmək və sadəlik testləri müzakirə olunub. Bildirilib ki, sadə ədədin rəqəmlərinin matris şəklində düzülməsi və hər rəqəmin fərqli rəngə boyanması ilə əldə edilən təsvirlərə sadə şəkillər deyilir. Əgər baxılan şəkilə müəyyən alqoritm vasitəsi ilə sadə ədəd qarşı qoymaq mümkün olarsa, onda alınan bu sadə ədədə sadə şəkil deyilir. Seminarda sadə şəkilləri əldə etməyin yolları və verilmiş ədədin sadə olub-olmadığını öyrənmək üçün istifadə edilən testlər izah olunub.

Sonra seminar iştirakçılarının mövzu ərtafında sualları cavablandırılıb.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026