Türkiyənin Bursa Uludağ Universitetinin professoru BDU-da elmi seminar keçib

29/04/2025

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Türkiyənin Bursa Uludağ Universitetinin Biologiya bölümünün professoru Sibel Taşın "Eksperimental hipotiroidizm modelləri" mövzusunda elmi seminarı keçirilib.

Məruzəçi əvvəlcə hipotiroidizm xəstəliyi barədə məlumat verib. Qeyd edib ki, bu, qalxanabənzər vəzinin zəif işləməsi nəticəsində yaranan xəstəlikdir. Hipotiroidizmin nəticələrinə yavaş metabolizm, yorğunluq, şişkinlik, depressiya, qaraciyər funksiyasının azalması, oynaq və ya əzələ problemləri daxildir. Professor Sibel Taş hipotiroidizmin patofizioloji mexanizmlərini, müxtəlif eksperimental modelləri təqdim edib. O, həmçinin, hipotiroidizmin induksiyası üçün pəhriz, cərrahi müdaxilə, dərman istifadəsi, genetik, radioaktiv və immunoloji modellərin tətbiqinin əhəmiyyətini vurğulayıb. Hipotiroidizmin müxtəlif klinik formalarda özünü göstərdiyini, həmçinin tiroid hormon çatışmazlığının müxtəlif orqan və toxumalara təsir edərək, morfoloji və klinik əlamətlərin müxtəlifliyinə səbəb olduğunu vurğulayıb.

Seminarın sonunda hipotiroidizmin diaqnozu və müalicəsi mövzusunda çalışan tədqiqatçılara eksperimental modellər və laboratoriya nəticələrinin təhlili ilə bağlı tövsiyələr verilib.

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026