Türkiyənin Ege Universitetinin professoru BDU-da ustad dərsi keçib

03/03/2026

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində 27 mart - Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş tədbirlər çərçivəsində Türkiyənin Ege Universitetinin Tibb fakültəsinin Uşaq sağlamlığı və xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru, molekulyar və diaqnostik genetika sahəsində tanınmış alim Afiq Bərdəlinin “FMF (Ailəvi Aralıq dənizi qızdırması) xəstəliyinin coğrafiyası” mövzusunda ustad dərsi keçirilib.

Coğrafiya fakültəsinin dekanı, professor Məqsəd Qocamanov müasir dövrdə xəstəliklərin yayılmasının coğrafi tədqiqinin və nozocoğrafi tədqiqatların əhəmiyyətini vurğulayıb. O, Türkiyədə çalışan tanınmış azərbaycanlı alim, genetik xəstəliklər, uşaq xəstəlikləri, molekulyar və diaqnostik genetika sahəsində ixtisaslaşmış həkim Afiq Bərdəlinin elmi tədqiqatları barədə məlumat verib.

Professor Afiq Bərdəli Ailəvi Aralıq dənizi qızdırmasının əsasən Aralıq dənizi regionunda yayılmış genetik xəstəliklərdən biri kimi iltihabla müşayiət olunan təkrarlanan qızdırma tutmaları ilə xarakterizə olunduğunu deyib. Bu xəstəlik immun sisteminin anadangəlmə düzgün işləməməsi nəticəsində yaranır və bədənin öz toxumalarına qarşı həddindən artıq reaksiya verməsi ilə müşahidə olunur. FMF qızdırma epizodları qarın ağrısı, dəri səpkiləri və ümumi halsızlıq kimi əlamətlərlə ortaya çıxır. Xəstəlikdən ən çox təsirlənən orqanlar qarın boşluğu (periton), ağciyər plevrası, oynaqlar, böyrəklər və dəridir. Professor Ailəvi Aralıq dənizi qızdırmasının yayılma coğrafiyası, simptomatik inkişaf xüsusiyyətləri, qarşısının alınması yolları ilə bağlı iştirakçıları məlumatlandırıb.

 

 

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı
27/04/2026

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır
27/04/2026