Türkiyənin Ege Universitetinin professoru BDU-nun Fizika fakültəsində mühazirə deyib

30/10/2023

Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Elm Festivalı çərçivəsində ustad mühazirələri davam edir.

Türkiyənin Ege Universitetinin Fizika kafedrasının müdiri, professor Mustafa Tepe BDU-nun Fizika fakültəsində “İfratkeçiricilik və YBCO əsasında nazik təbəqələrin sensor tətbiqləri” mövzusunda çıxış edib. Professor Mustafa Tepe əvvəlcə aşağı temperaturlu ifratkeçiricilər, onların kəşfi və müxtəlif sahələrdə tətbiqi barəsində məlumat verib. O, Meyesner effekti və ifratkeçiricilərin faza diaqramı haqqında maraqlı məlumatlar təqdim edib, Yitrium və Bismut əsaslı yuxarı temperaturlu ifratkeçiricilərin sintezi, onlar əsasında nazik təbəqələrin alınması haqqında danışıb. Türkiyəli professor belə nazik təbəqələrin əsasən sensor qismində müxtəlif yüksək həssaslı tibbi cihazlarda tətbiq olunduğu, eləcə də ifratkeçiricilərin sintezi və tətbiqi sahəsindəki yeni nailiyyətlər barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Daha sonra Mustafa Tepe Ege Universitetində tədrisin və elmi tədqiqatların təşkili, universitetin əldə etdiyi nailiyyətlər barədə danışıb. Seminarın sonunda BDU-nun Fizika fakültəsi ilə Ege Universitetinin Fənn fakültəsinin Fizika kafedrası arasında tədris və elmi tədqiqatlar sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbərlər

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır

BDU-ya qəbul olunan şəxslərin elektron qeydiyyatı başlayır
28/08/2026

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq”
28/08/2026

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub

RFO və RFM-də yüksək nəticə göstərən 7 şagird BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunub
28/08/2026