Türkiyənin Fırat Universitetinin nümayəndələri BDU-nun Filologiya fakültəsində

21/06/2025

Türkiyənin Fırat Universitetinin Təhsil fakültəsinin professoru, Texnoparkın baş direktoru Yalın Kılıç Türel və Müasir türk dilləri və ədəbiyyatları kafedrasının professoru Süleyman Kaan Yalçın Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində olublar.

Türkologiya kafedrasında keçirilən görüşdə qonaqlarla tədris prosesində, o cümlədən humanitar elmlər sahəsində müasir texnologiyaların tətbiqi və süni intellektdən istifadə ilə bağlı müzakirələr aparılıb, texnoloji yeniliklərin filologiya elmləri üçün də mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Görüşdə türkoloji araşdırmalar sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.

Sonra qonaqlar BDU ilə elmi innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlıq çərçivəsində ortaq layihələrin və tədqiqatların aparılması məqsədilə Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.

 

Xəbərlər

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb

BDU-nun həmtəşkilatçılığı ilə Arxeoloji Yay Məktəbi başa çatıb
12/08/2026

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş

Xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olan BDU məzunlarının bir qrupu ilə görüş
12/08/2026

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin diqqətinə!

BDU-nun Jurnalistika fakültəsinə qəbul olmaq istəyənlərin diqqətinə!
12/08/2026