Türkiyənin Kastamonu Universitetinin professoru BDU-da mühazirə deyib

20/12/2022

Türkiyə Respublikasının Kastamonu Universitetinin professoru Hasan Keseroğlu Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində “Türkiyədə kitabxanaçılıq təhsilinin yaranması və inkişafı” mövzusunda mühazirə deyib.

Professor Hasan Keseroğlu əvvəlcə Türkiyədə kitabxanaların yaranması, formalaşması və inkişafı tarixinə nəzər salıb, Səlcuqlar və Osmanlı dövründə fəaliyyət göstərən vəqf kitabxanaları haqqında iştirakçılara geniş məlumat verib. Cümhuriyyət dövründə kitabxana işinin xüsusilə inkişaf etdiyini qeyd edən natiq Mustafa Kamal Atatürkün xaricdə təhsil almağa göndərdiyi ilk tələbələr arasında kitabxanaçılıq təhsili alanların da olduğunu vurğulayıb. Ölkə xaricində təhsili alaraq Vətənə dönən Fehmi Ethem Karatayın, Adnan Ötükenin Türkiyədə kitabxanaçılıq təhsilinin yaradılmasında mühüm xidmətləri olduğunu diqqətə çatdırıb. Hasan Keseroğlu qeyd edib ki, 1954/1955-ci tədris ilindən etibarən Ankara Universitetində ali kitabxanaçılıq təhsilinə başlanılıb. 1964-cü ildən İstanbul Universitetində, 1974-cü ildən isə Hacettepe Universitetində ixtisas üzrə kadr hazırlığı aparılır. Hazırda Türkiyədə 20-yə yaxın universitetdə kitabxanaçı kadrların hazırlandığını bildirən professor 1949-cu ildən fəaliyyət göstərən və sahənin inkişafına mühüm töhfələr verən Türk Kitabxanaçılar Dərnəyinin və "Web of Science” elmi məlumat bazasında yer alan “Türk Kitabxanaçılığı Dərgisi”nin fəaliyyətindən də bəhs edib. Müasir dövrdə Türkiyədə elektron kitabxana və elektron kataloqlaşdırmanın mühüm istiqamət təşkil etdiyini qeyd edən alim ölkəsində ali kitabxanaçılıq təhsilinin Avropa modeli əsasında qurulduğunu və davamlı olaraq inkişaf etdirildiyini vurğulayıb.

Professor Hasan Keseroğlunun mühazirəsi maraqla dinlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025