Türkiyənin media nümayəndələri BDU-da

11/12/2014

Azərbaycan Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyi, TRT-nin və Anadolu Agentliyinin ölkəmizdəki nümayəndəlikləri ilə birlikdə «Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid» mövzusunda iki günlük konfrans keçirilir. Konfrans çərçivəsində Türkiyədən gələn media nümayəndələrinin Bakı Dövlət Universitetində görüşü də nəzərdə tutulub.

Türkiyə Radio Televiziyasının baş direktoru Şenol Goka, TRT AVAZ Kanal  Koordinatoru Murat Akkoç, TRT-nin Bakı Təmsilçisi Yıldıray Arslan BDU-da olub. Universitetin rektoru, akademik Abel Məhərəmov qonağı salamlayıb, universitetin tarixi və jurnalistika fakültəsi haqqında qonaqlara məlumat verib. BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev qonaqlara fakültənin inkişafından danışıb.

Görüşdə media, təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Mətbuat və informasiya şöbəsi, 11 dekabr 2014-cü il.

Xəbərlər

Müzəffər Komandan, qalib Ordu

Müzəffər Komandan, qalib Ordu
26/06/2026

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır
25/06/2026

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”

BDU-da Mexanika-riyaziyyat fakültəsində iki yeni ixtisaslaşma: “Kompozit materiallar” və “Mexatronik modullar”
25/06/2026