Türkiyənin məşhur aktyoru Erhan Ufak BDU-da

14/03/2022

Bakı Dövlət Universitetində (BDU) ASAN Könüllülər Təşkilatı və BDU Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Türkiyənin məşhur aktyoru, “Kurtlar vadisi” serialında “Güllü Erhan” obrazı ilə sevilən Erhan Ufakla tələbələrin görüşü keçirilib.

Görüşdə öz sənət yolundan bəhs edən aktyor 15 ildən artıq davam edən və Azərbaycanda  kifayət qədər sevilən “Kurtlar vadisi” serialındakı rolundan danışıb.

Azərbaycanda bir sıra yeni layihələrə başladığını qeyd edən Erhan Ufak özünü doğma ölkəsində hiss etdiyini, BDU tələbələri və könüllüləri ilə görüşdən  məmnun olduğunu qeyd edib.

Görüş tələbələrin suallarının cavablandırılması ilə yekunlaşıb.

 

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026