Türkiyənin Ərciyəs Universitetinin professoru BDU-da ustad dərsi keçib

24/11/2025

Türkiyənin Ərciyəs Universitetinin professoru, molekulyar biologiya və tibbi genetika üzrə mütəxəssis Yusuf Özkul Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi SABAH qrupları və Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının birgə təşkilatçılığı ilə BDU-da tələbələr üçün ustad dərsi keçib.

Professor “Sitogenetik üsullar” və “RNT əsaslı gen terapiyaları” mövzularında müasir elmi yanaşmalar barədə məlumat verib. Qeyd edib ki, gen terapiyasının məqsədi xəstəliyə və ya sindroma səbəb olan spesifik genin pozulmuş funksiyasını bərpa etməkdir.  O, molekulyar bioloji metodların tətbiqi ilə müxtəlif onkoloji xəstəliklərin tədqiqi və gen terapiyalarının həyata keçirilməsi imkanları haqqında iştirakçıları ətraflı şəkildə məlumatlandırıb.

Ustad dərsi zamanı professor tələbələrdə elmi araşdırmalara marağın artırılması, motivasiyanın gücləndirilməsi və elmi fəaliyyətə yönəlmə mövzularında dəyərli tövsiyələr verib.

O həmçinin auditoriyanı maraqlandıran sualları cavablandırıb.

 

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026