Türkiyənin tanınmış türkoloq alimləri BDU-da

11/06/2024

Türkiyənin tanınmış türkoloq alimləri - Fırat Universitetinin Müasir türk dilləri və ədəbiyyatları kafedrasının müdiri, professor Ercan Alkaya və dosent Süleyman Kaan Yalçın Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin qonağı olublar.

Səfər Türkiyənin Ali Təhsil Şurasının (YÖK) “Oğuz qrupu türk dillərindəki mikrotoponimlərin qədim türkcədə izləri” adlı layihəsi çərçivəsində reallaşıb.

Dialektologiya və toponimika məsələlərinə dair birgə müzakirələrin aparıldığı görüşdə Türkologiya kafedrasının professor-müəllim heyəti iştirak edib.

Türkologiya kafedrasının müdiri, professor Məhərrəm Məmmədov BDU ilə Fırat Universiteti arasında türkologiya sahəsində elmi əlaqələrin əhəmiyyəti, son dövrlər kafedrada görülmüş işlər, Azərbaycanda aparılan dialektoloji araşdırmalar, tərtib olunmuş lüğətlər və atlaslar haqqında geniş məlumat verib,  hazırda Qərbi Azərbaycan şivələrinin tədqiqi yönündə atılan addımlardan danışıb.

Qonaqlar BDU ilə türkologiya sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirib, gələcəkdə dialektologiya və toponimika istiqamətində qarşılıqlı araşdırmaların aparılmasının zəruriliyini vurğulayıblar.

Bildirilib ki, “Oğuz qrupu türk dillərindəki mikrotoponimlərin qədim türkcədə izləri” layihəsi üzrə Azərbaycan mikrotoponimlərinin qədim və müasir türk dilləri ilə müqayisəli araşdırılması xüsusi önəm daşıyır.

 

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026