Türkiyənin Xalq Mədəniyyəti Araşdırmaları Qurumunun sədri filologiya fakültəsində olub
21/09/2016
Türkiyənin Xalq Mədəniyyəti Araşdırmaları Qurumunun sədri, professor İrfan Nəsrəddinoğlu BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında olub. Kafedra müdiri, professor Səhər Orucova İrfan Nəsrəddinoğlunu kafedranın işlərilə tanış edib. Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının professor-müəllim heyəti, o cümlədən Dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyevlə folklorşünaslığın aktual məsələləri ətrafında müzakirələr aparılan görüşdə, eyni zamanda yaxın gələcəkdə aktual məsələlər ətrafında konfransların təşkili ilə bağlı razılığa gəlinib.
Mətbuat və informasiya şöbəsi, 21 sentyabr 2016-cı il.
![]() |
![]() |
Xəbərlər
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin məlumatı
BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
BDU əməkdaşları üçün “Konfliktlərin idarə edilməsi” mövzusunda təlim
BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”
BDU-da tədbir: “Heydər Əliyev fenomeni və Azərbaycan dövlətçiliyinin tarixi inkişaf modeli”


