Türkiyənin Yunus Əmrə İnstitutunun prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da

08/12/2025

Türkiyə Respublikasının Yunus Əmrə İnstitutunun prezidenti Abdurrahman Aliyin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

Qonaqları salamlayan BDU rektoru Elçin Babayev qardaş ölkələr arasında getdikcə daha da artan işbirliyinin bütün fəaliyyət sahələrində olduğu kimi, elm, təhsil, mədəniyyət istiqamətində də yüksək səviyyədə olduğunu qeyd edib. O bildirib ki, Türk dünyasının daha da gücləndiyi indiki dövrdə Yunus Əmrə İnstitutu kimi qurumların önəmi daha da artır. BDU ilə Yunus Əmrə İnstitutu arasında əməkdaşlıq 2012-ci ildən başlayıb. Ötən müddət ərzində BDU və Yunus Əmrə İnstitutu bir sıra layihələr həyata keçirib.

Yunus Əmrə İnstitutunun prezidenti Abdurrahman Aliy rəhbərlik etdiyi qurumun 71 ölkədə nümayəndəliyinin olduğunu bildirib, iki ölkə arasında tarixən mövcud olan qardaşlıq münasibətlərindən bəhs edib, elm, təhsil, mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Görüşdə BDU və Bakı Yunus Əmrə İnstitutu arasında əməkdaşlığın və elmi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi müzakirə olunub.

 

Xəbərlər

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub
19/08/2026