TürkmənistanIn Prezidenti Cənab Qurbanqulu Berdimuhammedov BDU-da oldu

20/05/2008

20 aprel saat 11.00-da Türkmənistan Prezidenti Cənab Qurbanqulu Berdimuxammedov BDU-da oldu.Məlumdur ki, iki xalq arasındakı münasibətlərin ən sağlam açarı elm və mədəniyyətdir. Bu nöqteyi-nəzərdən Türkmənistan Prezidentinin iki günlük səfəri çərçivəsində Azərbaycanın aparıcı elm ocağına gəlməsi, ona universitetin fəxri doktor adı verilməsi böyük əhəmiyyətə malikdir. Bakı Dövlət Universitetinin tələbə və müəllim heyəti qarşısında çıxış edən Prezident Berdimuhammedovun, «Türkmənistan və Azərbaycanın elm və təhsil sahələrində əmakdaşlığı, iki ölkə arasındakı münasibətətlərin möhkəmləndirilməsilə yanaşı ortaq köklərə malik olan iki qardaş xalqın rifahına da xidmət göstərəcək» deyə bildirməsi, aramızda təhsil sahəsində yeni dövrün başlanacağından xəbər verir.

Müsəlman Şərqində ilk dünyəvi ali məktəb olan Bakı Dövlət Univrsitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ali qonağa ölkədə təhsil sahəsində aparılan islahatlar, universitetin yaranma tarixi və fəaliyyəti barədə məlumat verdi. Rektor «ölkəmizdə iqtisadiyyətin elm potensialına çevrilməsi yolunda böyük işlər aparıldığını» bildirdi. Qurbanqulu Berdimuhammedov Azərbaycanın təhsil sistemində böyük naliyyətlər əldə etdiyini qeyd edərək, humanitar-təhsil sahədə iki ölkə arasında təcrübə mübadiləsinin əhəmiyyətini xüsusilə vurğuladı.Türkmənistanın dövlət başçısının eyni kökə malik olan qardaş xalqlar olduğumuzu söyləməsi, yəqin ki, onun çıxışının ən maraqlı məqamı oldu.

Həmçinin, Türkmənistanın dövlət başçısının Heydər Əliyev Fondunu, universitet nəzdindəki Heydər Əliyev muzeyini ziyarət etməsi, bu böyük şəxsiyyət haqqında xoş sözlər söyləməsi xüsusi əhəmiyyətə malikdir.Çünki Heydər Əliyevin adı onun bu dünyadan gedişindən sonra da yaşayır və yaşayacaqdır. Böyük türkmən şairi Məxdumqulunun sözlərilə desək «qoç igidlər bu dünyaya az gəlib». Ulu öndərimizin bütün türk xalqlarının rifahı üçün gördüyü işlər, fikrimizcə, hələ tam olaraq araşdırılaraq qiymətləndirilməmişdir. Azərbaycan-Türkmənistan munasibətlərində yaranan buzun sınıb əriməsi, Xəzrinin Gilavarla, bahar rüzgarıyla əvəz olunması, iki xalq arasında əsl qardaşlıq əlaqələrin yaranacağına ümid verir.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024