TRT Bakı nümayəndəliyinin rəhbəri "Beynəlxalq Jurnalistika Məktəbi"nin qonağı olub

19/04/2018

"Beynəlxalq Jurnalistika Məktəbi"nin növbəti təlimi keçirilib. Layihənin budəfəki görüşü "Müasir TV jurnalistikasında xəbər standartları" mövzusunda baş tutub. Layihə rəhbərlərindən olan, Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev təlimçi, TRT-nin Bakı nümayəndəliyinin rəhbəri Murat Akkoça Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tarixi, inkişafı və müasir durumu ilə bağlı məlumat verərək görüşü açıq elan edib. Daha sonra M.Akkoç TRT-nin formalaşması, onun Türkiyə televiziya məkanında yeri və rolu, bugünkü vəziyyəti, yenilikləri ilə bağlı iştirakçılara bilgi verib. TRT-nin müxtəlif qurumlarının fəaliyyətindən danışan təlimçi tələbələrlə TV jurnalistikası, onun əsasları və xəbərlər-verilişlərin standartları haqqında da söhbət edib. O, həmçinin iştirakçılarla öz təcrübəsini və Türkiyədəki yeni medianın özəlliklərini bölüşüb.

Görüşdə həmçinin Türkiyə Anadolu Agentliyinin İstanbul bölgə müdiri Hüseyn Altınalan da iştirak edib. Hər iki türkiyəli jurnalist media bə jurnalistika ilə bağlı tələbəri maraqlandıran suallara cavab veriblər.


Mətbuat və informasiya şöbəsi, 19 aprel 2018-ci il.

Xəbərlər

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
14/06/2026

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026