TRT nümayəndələri BDU-nun Jurnalistika fakültəsində gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər

18/02/2020

TRT Bakı Nümayəndəliyinin rəhbəri Murat Akkoç və TRT-nin təhsil əlaqələndiricisi Erkan Kavdır Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində olublar. Fakültə ilə TRT arasında əməkdaşlıq məsələləri, birgə layihələrin reallaşdırılması perspektivləri müzakirə olunub. Görüşdə Türkiyədə təşkil olunacaq “TRT Gələcəyin Jurnalistləri Müsabiqəsi”nin keçirilməsi haqqında geniş diskussiya aparılıb.

Qonaqlar tələbə çəkilişlərinin aparıldığı Tədris teleradio studiyasının fəaliyyəti ilə tanış olub, onlara “TRT Gələcəyin Jurnalistləri Müsabiqəsi”ndə iştirakla bağlı təqdimat nümayiş etdiriblər. Müsabiqənin 4 əsas kateqoriya və 12 alt kateqoriyada təşkil olunması nəzərdə tutulur. Bu yarışmada iştirak emək məqsədi ilə jurnalistika sahəsində təhsil alan tələbələr 2019-2020-ci tədris ilində hazırladıqları materialları Türkiyə türkcəsində alt yazı ilə təqdim edə biləcəklər.

Hazırda TİKA və TRT-nin birgə təşkil etdikləri “Yeni media və xəbərçilik” təhsil seminarında Jurnalistika fakültəsinin 6 tələbəsi iştirak edir. Təlim 5 gün davam edəcək və seminarın sonunda tələbələrə sertifikatlar təqdim olunacaq.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026