Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Ukraynada

27/02/2015

Ukrayna Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun təsis etdiyi İmpakt Faktoru 0.24 olan "Нелинейные колебания" jurnalının redaksiya heyətinin genişləndirilmiş iclası keçirilib. İclasda jurnalın redaksiya heyətinin dünyanın müxtəlif ölkələrindən  olan 25 üzvündən 17-si iştirak edib. BDU-nun Tətbiqi Riyaziyyat  Elmi-Tədqiqat İnstitutunun  direktoru, akademik Fikrət Əliyev redaksiya heyətinin üzvü kimi iclasda iştirak edib. Baş redaktor, akademik A.M.Samoylenko jurnalın bugünkü uğurları və gələcək perspektivləri haqqında məruzə edib. Həmçinin  Ukrayna MEA-nın Riyaziyyat İnstitutu ilə Tətbiqi Riyaziyyat  ETİ arasında elmi əməkdaşlının inkişaf yolları müzakirə edilib və  "Нелинейны Колибання" jurnalı ilə İmpakt Faktoru 0.697 olan  “Applied and Computational Mathematics” jurnalı  arasında sıx əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi vurgulanıb. Qeyd edilib ki, bu əməkdaşlıq əlaqələri  beyəlxalq aləmdə hər iki jurnalın reytinqinin yüksəlməsində mühüm rol oynayacaq.

Mətbuat və İnformasiya şöbəsi, 27 fevral 2015-cü il.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026