Tətbiqi riyaziyyat və kibernetika fakültəsi çempion oldu

07/05/2011
Bu gün Bakı Dövlət Universitetinin idman meydançasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş idman yarışlarının qaliblərinin təntənəli mükafatlandırılması mərasimi keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov bu günün universitet həyatında əlamətdar olduğunu bildirib. Deyib ki, artıq bir aydan çoxdur ki, universitetdə ulu öndərin xatirəsinə həsr olunmuş müxtəlif  idman yarışları üzrə turnirlər və futbol yarışları keçirilir.  Futbol yarışlarında universitetin 17 fakültəsi və Moskva Dövlət Universitetinin Bakı filialının komandaları təmsil olunub.

Ulu öndərin anadan olmasının ildönümünə həsr edilən futbol çempionatında birinci yeri tətbiqi riyaziyyat və kibernetika fakültəsi qazanıb. İkinci yeri coğrafiya, üçüncü yeri isə tarix və hüquq fakültələrinin tələbələri tutub.  Qaliblərin mükafatlandırılma mərasimindən sonra rektor I, II və III yeri tutanların universitetin Altıağacda yerləşən tədris-təcrübə bazasına istirahətə göndəriləcəklərini diqqətə çatdırıb.

Qeyd edək ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 88 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində bir qrup alpinist bu gün Şahdağa  yola düşəcək, ümummilli liderin baralyefi önünə BDU-nun bayrağını asacaqlar.

Mətbuat və İnformasiya şöbəsi, 07 may, 2011-ci il.

Xəbərlər

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim

BDU-da “İdman diplomatiyası və strateji kommunikasiya” mövzusunda təlim
11/11/2026