TTKF BDU və AzMİU ilə görüşlər keçirib

03/05/2024

Təhsil Tələbə Krediti Fondundan (TTKF)  yararlanmış tələbələrin təhsillərini başa vurduqdan sonra təhsil kreditlərini geri qaytarmalarına dəstək göstərmək üçün onların məşğulluq imkanlarının artırılması məqsədilə təcrübə proqramlarına cəlb olunması və yekunda işlə təmin olunması istiqamətində işlər davam etdirilir.

Bu məqsədlə Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə görüşlər keçirilib. Tələbə və məzunların peşəkar bacarıqlarını artırması üçün əmək bazarının tələblərinə uyğun təcrübə proqramlarına cəlb edilməsi, karyera yarmarkalarında iştirakının təmin edilməsi, onların müxtəlif sahələrdə öz bacarıqlarını sınamaq və inkişaf etdirməsi üçün şəraitin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşıya qoyulan hədəflərə çatmaq üçün əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb.

Xəbərlər

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub

XII Bakı Beynəlxalq Kitab Sərgisində “BDU-nun Media problemləri jurnalı” təqdim olunub
25/10/2026

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü

BDU-nun dosenti, XII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı Reyhan Şıxlinskayanın oxucuları ilə görüşü
25/10/2026

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026