Tyutor kursunu bitirənlərə sertifikatlar təqdim edilib

27/12/2019

Bakı Dövlət Universitetində (BDU) növbəti tyutor hazırlığı kursları başa çatıb. Bu münasibətlə təşkil olunan tədbiri Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açaraq tyutorları kursu başa vurmaları münasibətilə təbrik edib, uğurlar arzulayıb. Bildirib ki, BDU və digər ali təhsil ocaqları üçün təşkil olunmuş 11-ci tyutor hazırlığı kursları 2018-ci il noyabrın 1-dən 2019-cu il iyulun 30-dək davam edib. Kursun keçirildiyi müddətdə təhsilini və yekun imtahanını müvəffəqiyyətlə başa vurmuş namizədlərdən 7 nəfəri A sertifikatına (qırmızı), 3 nəfəri isə B sertifikatına (göy) layiq görülüb.

Tədbir tyutorlara sertifikatların təqdim edilməsi ilə başa çatıb.

Xəbərlər

BDU tələbələrinin nəzərinə!

BDU tələbələrinin nəzərinə!
03/11/2026

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”

BDU-da tədbir: “Xarıbülbülün zəfər nəğməsi”
03/11/2026

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir

BDU-nun Biologiya fakültəsində “Qələbəyə gedən yol” adlı ədəbi-bədii tədbir
03/11/2026