Tyutorlara sertifikatlar təqdim edilib

09/10/2017

Bakı Dövlət Universitetində növbəti tyutor hazırlığı kurslarını başa vurmuş tyutorlara sertifikatların təqdimetmə mərasimi keçirilib. Çıxış edən rektor, akademik Abel Məhərrəmov bildirib ki, 2008-ci ildən başlayaraq Avropa Birliyinin “Cənubi Qafqazda elektron cəmiyyətin inkişafı” layihəsi çərçivəsində Boloniya prosesinin baza prinsiplərinin və “Virtual universitet”in təhsil sisteminə tətbiqinin öyrənilməsi ilə əlaqədar tyutor hazırlığı kursları keçirilir. Artıq 9 ildir ki Boloniya prosesindən irəli gələn işlərin həyata keçirilməsinə kömək məqsədilə BDU və digər universitetlər üçün ümumilikdə 274tyutor hazırlanıb.

Rektor deyib ki, BDU və digər ali təhsil ocaqları üçün təşkil olunmuş 9-cu tyutor hazırlığı kursları 1 noyabr 2016-cı il tarixindən 30 iyun 2017-cı il tarixinədək öz işini davam etdirib. Kursun keçirildiyi müddətdə təhsilini və yekun imtahanını müvəffəqiyyətlə başa vurmuş namizədlərin hamısı (11 nəfər)  A-sertifikatına (qırmızı)  layiq görülüb.

Onu da qeyd edək ki, indiyədək kursu bitirən BDU namizədlərinin böyük əksəriyyəti fakültələrdə və müvafiq strukturlarda işlə təmin ediliblər.

BDU-nun İnformasiya Texnologiyaları Mərkəzinin müdiri Əzbər Sadayev indiyədək keçirilmiş tyutor hazırlığı kursu ilə bağlı təqdimatla çıxış edib.

Mətbuat və informasiya şöbəsi, 09 oktyabr 2017-ci il.

Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026