“Şuşa ili” çərçivəsində stolüstü tennis üzrə açıq turnir

15/07/2022

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı və Nərimanov rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Şuşa ili" çərçivəsində ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında stolüstü tennis üzrə açıq turnir keçirilib.
Turnirin açılış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Tələbə Gənclər Təşkilatının sədri Ələkbər Həsənov, turnirin hakimi, 258 nömrəli tam orta məktəbin baş bədən tərbiyəsi müəllimi Əli Kərimov, bir sıra ali təhsil müəssisələrinin (Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Universiteti, Azərbaycan Kooperasiya Universiteti) tələbələri iştirak ediblər.
Turnirin nəticələrinə əsasən, qızlar arasında I yeri Azərbaycan Dillər Universitetinin tələbəsi Ruhiyə Rəhimova, II yeri BDU-nun tələbəsi Sevinc Həsənova, III yeri Bakı Avrasiya Universitetinin tələbəsi Aynurə Abdullazadə, oğlanlar arasında isə I yeri Bakı Avrasiya Universitetinin tələbəsi Ejire Folakunmi Oluwaseun, II yeri Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbəsi Yunis İmanlı və III yeri BDU-nun tələbəsi Abbas Quluzadə tutub.
Sonda qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal və kubok,  digər iştirakçılar isə sertifikatlarla təltif olunublar.

 

 

Xəbərlər

BDU-da Məzunlar Şəbəkəsi yaradılır

BDU-da Məzunlar Şəbəkəsi yaradılır
01/11/2025

BDU-nun rektoru Qazaxıstan Prezidentinin iştirakı ilə keçirilən “Qazaxıstan – akademik təhsil məkanı” Forumunda çıxış edib

BDU-nun rektoru Qazaxıstan Prezidentinin iştirakı ilə keçirilən “Qazaxıstan – akademik təhsil məkanı” Forumunda çıxış edib
01/11/2025

BDU rektoru “Qazaxıstan – akademik təhsil məkanı” adlı Strateji Tərəfdaşlar Forumu çərçivəsində keçirilən görüşdə iştirak edib

BDU rektoru “Qazaxıstan – akademik təhsil məkanı” adlı Strateji Tərəfdaşlar Forumu çərçivəsində keçirilən görüşdə iştirak edib
01/11/2025