"Şuşa mədəniyyət paytaxtıdır" adlı tədbir

09/03/2021

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Şuşa mədəniyyət paytaxtıdır" adlı onlayn tədbir keçirilib. Tədbirin aparıcısı Ruslan Mustafayev tədbiri açıq elan edərək Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin beşiklərindən biri olduğunu bildirib. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunmasından, həmin tarixin bayram günləri sırasına daxil edilməsindən və hər il ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcəyindən danışıb.

Sonra Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov Şuşanın yetişdirdiyi sənətkarlar, ədəbiyyat nümayəndələri haqqında məlumat verib, Şuşada Vaqif poeziya günləri keçiriləcəyinə, “Xarı bülbül” festivalının bərpa olunanacağına diqqət çəkib.

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov strateji əhəmiyyətə malik Şuşa şəhərinin memarlıq abidələrindən bəhs edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etdiyini vurğulayıb.

Tələbə Gənclər Təşkilatının sədr müavini Ələkbər Həsənov Şuşa şəhərinin yaranması, erməni qəsbkarları tərəfindən işğalı, ordumuzun Şuşanı işğaldan azad etməsi uğrunda keçdiyi zəfər yolundan bəhs edib.

Tədbir Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Həsrət Emçiyevin çıxışı ilə yekunlaşıb.

Xəbərlər

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir
09/09/2025

BDU məzunu: “Dövlət proqramları gənclərə təhsil və elmi fəaliyyət sahəsində böyük dəstək verir”

Dövlət proqramları gənclərə imkan yaradır, gənclər isə bu imkanları zirvəyə çevirir
09/09/2025

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib
08/09/2025