Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş intellektual yarışma keçirilib

11/12/2017

Bakı Dövlət Universitetində SABAH qrupları və BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş intellektual yarışma keçirilib. Tədbirdə çıxış edən BDU THİK-in sədri Daşqın Qənbərov iştirakçılara uğurlar arzulayaraq tədbiri açıq elan edib. Universitetin müxtəlif fakültələrinin tələbələrindən ibarət olan komandalar final mərhələsinə qədər rəqabət aparıblar. 29 komandanın iştirak etdiyi yarışmada SABAH qrupları Sosial elmlər və psixologiya fakültəsinin “The Five” komandası 1-ci, Filologiya fakültəsinin “Ergenekor-Ergenekon” komandası 2-ci, Sosial elmlər və psixologiya fakültəsinin “4+1” komandası 3-cü yerin qalibi olublar.

Qalib komandalara BDU Tələbə Həmkarlar Təşkilatı tərəfindən diplom və pul mükafatı təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 11 dekabr 2017-ci il

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026