“Ulu Öndər Heydər Əliyevin milli mətbuat modeli”

08/05/2025

Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “YENİ Klub”un və Jurnalistika fakültəsi Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin milli mətbuat modeli” mövzusunda BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli ilə görüş keçirilib.

Ümummilli Lider Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıtdıqdan sonra milli mətbuat ənənələrini bərpa etdiyini deyən professor Qulu Məhərrəmli müasir mediamızın məhz həmin dövrdə yaradılan yeni konsepsiya ilə inkişaf etdiyini deyib. Bildirib ki, siyasi və sosial sistemin tərkib hissəsi olan medianın IV hakimiyyət kimi özünü təsdiq etməsi Ulu Öndərin hakimiyyəti dövründə təsbit edilib: “Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi, senzuranın ləğvi, qəzet və jurnalların borclarının dondurulması, KİV-lərin fəaliyyətinin genişləndirilməsi və inkişafının təmin edilməsinə dair qəbul edilmiş çoxsaylı sərəncamlar Ulu Öndərin ölkə jurnalistikasına verdiyi yüksək dəyərin sübutudur. Heydər Əliyev qələm sahiblərinin əməyini qeyri-adi, zəhmətli, hünər və fədakarlıq tələb edən əmək kimi ifadə edirdi, jurnalistlərə hər zaman xüsusi münasibət bəsləyirdi. Bunun məntiqi nəticəsidir ki, Ulu Öndər dəfələrlə keçirilən sorğularda “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Ümummilli Lider xarici ölkələrə olan səfərləri zamanı onu müşayiət edən jurnalistləri adlarına qədər tanıyırdı. Bu, onu həm mahir siyasət adamı, həm də insanların qayğısı ilə yaşayan millət adamı kimi səciyyələndirirdi”.

Hər il Milli Mətbuat Günündə Ulu Öndərin jurnalistlərlə görüşdüyünü deyən Qulu Məhərrəmli onun dövlət media subyektləri ilə yanaşı, özəl mətbuata da xüsusi diqqətlə yanaşdığını vurğulayıb: “Azad və plüralist əsaslarla millətin maraqlarına xidmət edən mətbuat Ulu Öndərin milli mətbuat konsepsiyasının əsas müddəası idi. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Görüş tələbələrin Azərbaycan jurnalistikasının bugünkü vəziyyətinə dair çoxsaylı suallarının cavablandırılması ilə diskussiya formatında davam edib.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025