Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş idman yarışlarının qalibləri mükafatlandırıldı

08/05/2010

Mayın 6-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş idman yarışlarının qaliblərinin təntənəli mükafatlandırılması mərasimi keçirilib. Tədbiri açan rektor, akademik Abel Məhərrəmov bu günün universitet həyatında əlamətdar olduğunu bildirib. Deyib ki, artıq bir aydan çoxdur ki, universitetdə ulu öndərin xatirəsinə həsr olunmuş müxtəlif  idman yarışları üzrə turnirlər keçirilir. Yarışlarda universitetin 16 fakültəsi və Moskva Dövlət Universitetinin Bakı filialının komandaları təmsil olunub.

Ulu öndərin anadan olmasının ildönümünə
həsr edilən futbol çempionatında birinci yeri Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi qazanıb. İkinci yeri tarix, üçüncü yeri isə coğrafiya və hüquq fakültələrinin tələbələri tutub. Respublikanın ali məktəblərinin çempionatında birinci yer tutan universitetin basketbol komandası, qızlardan ibarət həndbol komandası, Portuqaliya və Afinada keçirilən idman yarışlarında qələbə qazanan tələbələr mükafatlandırılıb. Eyni zamanda universitetin qızlardan və oğlanlardan ibarət şahmat komandaları respublikanın ali məktəblərinin çempionatının qalibləri kimi mükafata layiq görülüblər.

Mərasimdə rektor, akademik Abel Məhərrəmova idmançı tələbələrə göstərdiyi diqqət və qayğıya görə xatirə medalı təqdim edilib.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür

Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 116 il ötür
26/04/2024

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub

XİN-in mətbuat katibi Ayxan Hacızadə BDU-nun Jurnalistika fakültəsində qonaq olub
26/04/2024

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir

BDU məzunlarının dövlət qulluğu imtahanlarındakı nəticələrinə görə liderdir
26/04/2024