“Unibank” əməkdaşları BDU-da karyera quruculuğuna dair ustad dərsləri keçiblər

18/11/2022

Bakı Dövlət Universiteti (BDU) əmək bazarının aparıcı şirkətləri ilə tələbələrin görüşlərini davam etdirir. Tələbələrin karyera quruculuğuna həsr olunan növbəti görüş “Unibank” əməkdaşları ilə keçirilib.

Tədbiri açıq elan edən BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri Vasif Həsənov Universitetlə “Unibank” arasında əməkdaşlıqdan danışıb, bankın gənclərin karyera quruculuğu istiqamətində atdığı addımları yüksək qiymətləndirib. Əmək bazarında baş verən sürətli dəyişikliklərin tələbələrə aşılanmasının vacibliyini qeyd edən Vasif Həsənov əmək bazarı ilə təhsil müəssisələrinin daha sıx əməkdaşlıq etməsinin zəruriliyini bildirib.

“Unibank”ın Təşkilatı inkişaf şöbəsinin müdiri Viktoriya Hüseynova görüş üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib və bu formada əməkdaşlığın davamlı olacağını qeyd edib.

Daha sonra bank əməkdaşları İnci Əsgərova “Uğurlu müsahibə”, Əfqan Baxışov “Maliyyə xidmətlərində rəqəmsallaşmanın hüquqi çağırışları”, Emin Ələsgərov “Data emalı”, Arif Məmmədzadə “Pərakəndə bankçılıq” mövzularında ustad dərsləri keçib, iştirakçıları əmək bazarındakı tendensiyalarla tanış ediblər. Sonda tələbələrə şirkət tərəfindən həvəsləndirici hədiyyələr təqdim olunub.

Xəbərlər

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək

BDU-da tələbələrin universitet mühitinə uyğunlaşmasına dəstək
09/10/2026