Universitet nümayəndəsinin Oulu Universitetinə (Finlyandiya) səfəri

24/05/2011

24 may 2011-ci il tarixində Bakı Dövlət Universitetinin nümayəndə qrupu Avropa Birliyinin 7 Çərçivə Proqramında (FP-7 Program) NAPEP adlı layihədə iştirak edərək Finlyandiyanın Oulu Universitetində (Oulu şəhəri) keçirilən görüşdə iştirak edib. Görüşdə layihənin koordinatoru, BDU-nun NANO elmi-tədqiqat mərkəzinin direktor müavini Mustafa Muradov, aparıcı elmi işçi Gönçə Eyvazova, ETH-nin rəisi prof.İradə Əliyeva, Bərk cisimlər kafedrasının professoru Tariel İsmayılov, kimya və fizika fakültələrinin magistrantalrı Rəşad Hacıməmmədov, Aynur Əmrahova, Əfsanə Cavanşirova, Ofeliya Balayeva mərüzələrlə çıxış edəcəklər. 28 may 2011-ci il tarixədək davam edən görüşdə Oulu Universitetinin və Macarıstanın Szeged Universitetinin professor-müəllim heyəti və tələbələri də iştirak edəcəkdir. Görüşdə mikro- və nanoelektronikada yeni üsullar, nanostrukturlar, karbon nanoborular və onların tətbiqi, nanopeptidlər və onların tibdə tətbiqi məsələləri müzakirə olunacaqdır.

Avropa Birliyinin FP-7 proqrmının NAPEP layihəsi çərçivəsində növbəti görüşün sentyabr-oktyabr aylarında Bakı Dövlət Universitetində keçirilməsi planlaşdırılır.

Mətbuat və İnformasiya şöbəsi, 24 may 2011-ci il.


 

Xəbərlər

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir

BDU-da “PEŞƏkar söhbətlər” layihəsinə start verilir
23/10/2026