Universitetlərarası əməkdaşlıq protokolu imzalanıb

13/07/2010

Rektor, akademik Abel Məhərrəmov Polşa Dövlət Vrotslav (Wroclaw) Universitetinin rektoru, professor Roman Kolaczın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Rektor Abel Məhərrəmov qonaqları BDU-da görməkdən məmnunluğunu ifadə edib, universitet haqqında onları maraqlandıran məsələlərdən danışıb. Roman Kolacz isə bildirib ki, rəhbərlik etdiyi universitetdə 11 min tələbə var və əsasən ekoloji problemlər, kənd təsərrüfatı, geodeziya, kartoqrafiya, biologiya, biotexnologiya və s. ixtisaslar tədris olunur. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Qərara alınıb ki, universitetlər birgə qrant və layihələr, nanotexnologiya, immunologiya, biotexnika sahəsində əməkdaşlıq etsinlər, tələbə aspirant və müəllim mübadiləsi həyata keçirsinlər. Görüş bu  məsələləri özündə əks etdirən əməkdaşlıq protokolunun imzalanması ilə başa çatıb.

 

Mətbuat və informasiya şöbəsi

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək”
02/11/2026

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Fikrət Zeynallının məzarı ziyarət olunub
02/11/2026

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”

BDU-da “Zəfərin 44 sütunu” layihəsinin növbəti görüşü: “Qələbənin izi ilə”
02/11/2026