Universitetlərarası Azərbaycan Çempionatının BDU üzrə seçim turu keçirilib

03/03/2025

Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Gənclər Fondu, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “3 sual” intellektual oyunlar platformasının birgə təşkilatçılığı, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi ilə Universitetlərarası Azərbaycan Çempionatının Bakı Dövlət Universiteti (BDU) üzrə seçim turu keçirilib. Çempionat çərçivəsində paytaxt və 6 regionda, ümumilikdə 25 universitetdə seçim turları baş tutub.

50-dən çox komandanın iştirak etdiyi seçim turunda “Scriptorium” komandası birinci yeri tutaraq çempionatda BDU-nu təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, iki mərhələdə təşkil edilən çempionatın ilkin mərhələsində universitetlər daxilində seçim turları keçirilib və finala vəsiqə qazanan komandalar müəyyənləşib. Final mərhələsində isə qalib komandalar Bakıda keçiriləcək yarışda Azərbaycan çempionu adı uğrunda mübarizə aparacaq.

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026