“Universitetlərimizi tanıyaq” layihəsinin növbəti görüşü BDU-da keçirilib

04/06/2021

Bu gün  Biləsuvar Rayon Təhsil Şöbəsinin “Universitetlərimizi tanıyaq” layihəsi çərçivəsində növbəti görüşü Bakı Dövlət Universitetində (BDU) keçirilib. Layihənin məqsədi abituriyentlərin ali təhsil müəssisələri seçiminə düzgün istiqamət vermək, gələcək tələbələrin universitet haqqında ilkin təəssüratını formalaşdırmaq, müəssisənin tədris və elmi fəaliyyəti, təhsil imkanları və təhsil haqları ilə tələbələri tanış etmək, həmçinin mövcud infrastruktur haqqında məlumat verməkdir.

BDU-nun tanıtım çarxının nümayişindən sonra görüşdə çıxış edənlər - BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin şöbə müdiri Mahir Pirquliyev, Tədrisin təşkili və idarə olunması Mərkəzinin şöbə müdiri Fərhad Aydınlı, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov BDU-nun tarixi, elmi-tədqiqat fəaliyyəti və beynəlxalq reytinqlərdə mövqeyi, Universitetdə tədris prosesi, ixtisaslar, təqaüdlər, tələbələr üçün yaradılan şərait, həmçinin Universitetin ictimai-sosial həyatının müxtəlif istiqamətləri barədə abituriyentlərə məlumat veriblər.

Görüşdə həmçinin BDU-nun xarici universitetlərlə qarşılıqlı əlaqələrindən, ikili diplom proqramlarının tətbiqindən, eyni zamanda tələbə mübadilə proqramlarından bəhs olunub.

Görüşdə abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

 

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026