Ural Federal Universitetinin rektoru BDU-da olub

13/09/2019

Bakı Dövlət Universitetində Ural Federal Universitetinin rektoru Viktor Kokşarovla görüş keçirilib. Rektor Elçin Babayev sentyabrın 11-də Bakı Biznes Mərkəzində tərəflər arasında imzalanan anlaşma memorandumunun əhəmiyyətini qeyd edərək onun müəllim və tələbələrin gələcək inkişafında xüsusi rol oynayacağını bildirib.

BDU-nun təhsil, tədqiqat, innovasiya və elmi biliklərin kommersiyalaşdırılması, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlərdən danışan rektor Elçin Babayev, eyni zamanda, onun 100 illik yubileyi haqqında məlumat verib. Yubiley tədbirlərinin UNESCO-nun Parisdəki Baş qərargahında və Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində qeyd edildiyini diqqətə çatdıran rektor ölkədə və xaricdə çoxsaylı elmi, mədəni, kütləvi tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək qonaqları noyabr ayında keçiriləcək 100 illik yubileyə dəvət edib.

Təbiət, humanitar elmlər və iqtisadiyyat sahəsi üzrə 35 mindən çox tələbəsi olan Ural Federal Universiteti haqqında məlumat verən rektor Viktor Kokşarov onun müasir ali təhsil ocağı kimi beynəlxalq əlaqələrdə çoxşaxəli sferalara malik olduğunu bildirib. Rektor Bakı Dövlət Universiteti ilə imzalanan memorandumun əməkdaşlığın inkişafına verəcəyi faydalardan danışıb.

Görüşdə “ikili diplom”, beynəlxalq reytinq təşkilatları ilə əməkdaşlıq məsələləri də müzakirə edilib.

Qeyd edək ki, İqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin rəhbərliyi ilə keçirilən Azərbaycan-Rusiya nümayəndə heyətlərinin işgüzar görüşü zamanı imazalanan anlaşma memorandumunda peqadoji və elmi işçilərin, tələbə, magistr və doktorantların mübadiləsi, BDU tələbələrinin Ural Federal Universitetinin doktorantura proqramlarına qəbul ediməsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, bu ali təhsil müəssisəsinin Azərbaycanşünaslıq Mərkəzi ilə əməkdaşlıq, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran proqram və layihələrdə birgə iştirak nəzərdə tutulur.


Mətbuat və informasiya şöbəsi, 13 sentyabr 2019-cu il.

KIV-də yayımlananlar

Xəbərlər

BDU-da “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda Respublika virtual elmi konfransı keçirilir

BDU-da “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda Respublika virtual elmi konfransı keçirilir
03/06/2020

BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib

BDU-da “Azərbaycan regionlarının inkişafının coğrafi məsələləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı keçirilib
02/06/2020

BDU-da “Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda Respublika virtual elmi konfransı keçirilib

BDU-da “Müasir dövrdə hüquq sahələrinin qarşılıqlı əlaqəsi və tətbiqi: nəzəriyyə və təcrübə” mövzusunda Respublika virtual elmi konfransı keçirilib
02/06/2020