“Ustaddan öyrən”: BDU-da tanınmış yazıçı Seyran Səxavətlə görüş

27/04/2026

Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının “Ustaddan öyrən” layihəsi çərçivəsində növbəti görüşü keçirilib. Layihənin budəfəki qonağı yazıçı, şair və publisist, Universitetin məzunu Seyran Səxavət olub.

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Bayramov görkəmli yazıçını 80 illik yubileyi münasibətilə təbrik edərək, onun Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu vurğulayıb. O əlavə edib ki, Universitet hər zaman milli-mənəvi dəyərlərin təbliği və ədəbi mühitin zənginləşdirilməsi istiqamətində təşəbbüsləri dəstəkləyir və gələcəkdə də oxşar görüşlərin davam etdirilməsi nəzərdə tutulur.

Görüş çərçivəsində Filologiya fakültəsinin III kurs tələbəsi Nəzrin Həsənli yazıçının yaradıcılığından seçilmiş hikmətli fikirləri səsləndirib. Daha sonra Sabir Rüstəmxanlı və Xəlil Rza Ulutürk kimi görkəmli ədiblərin Seyran Səxavət haqqında fikirləri videoçarx vasitəsilə təqdim olunub.

Seyran Səxavət çıxışı zamanı yaradıcılıq yolundan bəhs edib, BDU-da keçirdiyi tələbəlik illərini xatırladaraq bu dövrün həyatında xüsusi mərhələ olduğunu vurğulayıb. 7 romanın, onlarla povest və hekayənin müəllifi olan Seyran Səxavət əsərlərinin 60-dan çox dilə tərcümə olunaraq çap edildiyini xatırladıb. Yazıçı həmçinin müəllifi olduğu “İlk məhəbbətim” və “Girəvə axtarıram” şeirlərini səsləndirib.

Görüş iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

BDU-da Çin Xalq Respublikasının Anhui Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Çin Xalq Respublikasının Anhui Universitetinin nümayəndə heyəti ilə görüş
16/06/2026

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantların dissertasiya müdafiəsi keçirilib

BDU və Əl-Fərabi adına Qazax Milli Universitetinin birgə ikili diplom proqramı üzrə magistrantların dissertasiya müdafiəsi keçirilib
16/06/2026

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub

BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub
16/06/2026