BDU-da “Konfutsi institutları günü”nə həsr edilmiş tədbir təşkil edilib

25/10/2017

Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının nəzdindəki Konfutsi İnstitutu universitetin tələbə və müəllim heyəti ilə birlikdə Qlobal “Konfutsi institutları günü”nə həsr edilmiş tədbir təşkil edib.

Tədbir çərçivəsində Çin və Azərbaycan dillərində şer müsabiqəsi keçirilib.

Tədbirin açılışında BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan üzrə direktoru Oqtay Cəlilbəyli və Çin üzrə direktoru xanım Luo Siaocı çıxış edərək tədbirin əhəmiyyətindən söz açıblar.

Bildirilib ki, Azərbaycanda Çin dilinin tədrisinin inkişafına həsr olunan müsabiqənin təşkilinin məqsədi ölkəmizdə bu dilə marağı artırmaqdır.

Sonra müsabiqə çərçivəsində Çin dilini öyrənən, Çin milli mədəniyyətini sevən azərbaycanlılar bilik və bacarıqlarını nümayiş etdiriblər. “Vətən” mövzusuna həsr olunmuş şer müsabiqəsində 50-yə yaxın iştirakçı Çin və Azərbaycan dillərində 20 şer təqdim edib.

Müsabiqədə Konfutsi İnstitutunun tələbələri ilə yanaşı, Çin dilini öyrənən digər gənclər də iştirak ediblər.

Konfutsi İnstitutunun müəllimləri Çin milli rəqsi təqdim edib. Onların çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Müsabiqənin sonunda ilk üç yerə layiq görülənlərə və fərqlənənlərə mükafatlar təqdim olunub.

Qeyd edək ki, BDU-nun nəzdindəki Konfutsi İnstitutu ənənəvi olaraq hər il Qlobal “Konfutsi institutları günü”nə həsr olunmuş bir sıra tədbirlər təşkil edir.

Azertag.az

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026