Vaqif Sultanlı Özbəkistanda beynəlxalq forumda iştirak edib

18/12/2018

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Özbəkistanın mədəni irsi dünya kolleksiyalarında” mövzusunda beynəlxalq forum keçirilib. Özbəkistan Elmlər Akademiyası, İctimai Birliklərin müdafiəsi üzrə Parlament Komissiyası və Mədəni Dəyərlərin Tədqiqi Mərkəzinin YUNESKO ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən forumda dünyanın 40-a yaxın ölkəsindən 350-dən artıq nümayəndə iştirak edib. Belnəlxalq forumda Azərbaycanı Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı təmsil edib.

Forumun əsas məqsədi Özbəkistanın müxtəlif dünya ölkələrinin əlyazmaları fondu, kitabxana, arxiv və muzeylərində qorunan ədəbi-mədəni irsinə diqqətin yönəldilməsidir. Tədbir təşkilatçıları layihə əsasında sistemli şəkildə özbək ədəbiyyatı və mədəniyyətinin bir çox dəyərli incilərini aşkarlayaraq üzə çıxarıb, indiyədək iyirmi adda kitab nəşr etdiriblər. Forumun keçirildiyi salonda nəşr olunan kitablar və hazırlanmış videoçarxlar nümayiş olunub.

Vaqif Sultanlı forumda “Azərbaycan-özbək ədəbi-mədəni əlaqələrinin tarixi, bu günü və perspektivləri” mövzusunda çıxış edib.

Amerika, Almaniya, İngiltərə, Polşa, Çexiya, Rusiya, Hindistan, Yaponiya və başqa ölkə alimlərinin qatıldığı tədbirdə görülən işlərin yekunları müzakirə olunub və 2019-cu il üçün yol xəritəsi müəyyənləşdirilib. Gələn il forumun daha geniş tərkibdə Daşkənd, Səmərqənd, Buxara və Xivədə keçirilməsi nəzərdə tutulub.

Vaqif Sultanlı həmçinin “Özbəkistanın mədəni irsi” təşkilatına üzv seçilib.

Mətbuat və informasiya şöbəsi, 18 dekabr 2018-ci il.


Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024