Vaqif Sultanlının «Ölüm yuxusu» kitabı Moskvada nəşr olunub

02/10/2018

Bakı Dövlət Universitetinin professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının «Ölüm yuxusu» («Сон забвения») adlı kitabı Moskvada nəşr olunub. Nəfis şəkildə  «Mısl» nəşriyyatında  yayınlanan kitaba müəllifin eyniadlı povesti, son dövrlərdə qələmə aldığı iki heka­yəsi daxil edilib.  İnessa Lovkovanın redaktorluğu ilə nəşr edilən kitabdakı povest və hekayələr rus dilinə Cavid Abbaslı tərəfindən çevirilib.

Yazıçının şərti- metaforik üslubda qələmə alınmış «Ölüm yuxusu» povestində kənd qəbiristanlığının köçürülməsi fonunda cəmiyyət həyatında baş verən mənəvi-əxlaqi problemlər bədii mənzərəsini tapıb. Kitaba daxil edilmiş «Külq qəfəs» və  «Zolaqlı yuva» hekayələri isə özünə­məxsus yazı tərzi ilə seçilməkdədir.

Azərbaycan mühacirət irsi ilə bağlı bir çox dəyərli araşdırmaların müəllifi professor Salavat İshakov kitaba yazdığı ön sözdə povest və hekayələrlə bağlı düşüncələrini belə ümumiləş­dirib: «Faciəvi və kədərli hadisələrlə müşayiət olunan personajların taleyi cəmiyyəti narahat edən ciddi sosial və mənəvi-əxlaqi problemlər kontekstində aşkarlanır. Bədii mətnin mürəkkəb strukturu, fəlsəfi mahiyyəti, təsvir və təhkiyə özəllikləri yazıçının bənzərsiz yaradıcılıq üslubunu şərtləndirir».

Qeyd edək ki, bu, müəllifin rusdilli oxucularına təqdim olunan ilk kitabıdır. Bundan öncə, yazıçının «İnsan dənizi» romanı, ayrı-ayrı hekayələri Rusiya, Ukrayna və Belarusiyanın müxtəlif ədəbi dərgilərində, habelə Avropa və Amerikanın rusdilli mühacirət mətbuatında dərc olunub.

Mətbuat və informasiya şöbəsi, 02 oktyabr 2018-ci il.

Xəbərlər

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı

BDU-da tələbələrin “Gələcəyin alimləri” adlı XI Respublika elmi konfransı
27/04/2026

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır

BDU-da Bitki biotexnologiyası və immunologiyası elmi-tədqiqat laboratoriyası yaradılır
27/04/2026

BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib

BDU-nun həmtəşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 103 illik yubileyinə həsr olunmuş Respublika elmi-praktiki konfransı keçirilib
27/04/2026