Vergi hüququ üzrə yeni kitab nəşr edilib

24/11/2023

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi, «Caspian Legal Center» şirkətinin rəhbəri Fərid Nəbilinin “Vergi hüququ” kitabının təqdimatı keçirilib.

BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev bu cür nəşrlərin hüquq nəzəriyyəsi sistemi üçün əvəzsiz töhfə olduğunu, 2021-ci ildən Hüquq fakültəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə əməkdaşlığı çərçivəsində yaradılmış “Vergi hüququ” magistratura ixtisaslaşması üzrə təhsil alan magistrantlar üçün belə bir dərsliyin əhəmiyyətli olduğunu bildirib.

Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Əsmər Əliyeva və müəllimi, Dövlət Vergi Xidmətinin Hüquq Baş İdarəsinin rəis müavini Ramiz Qasımzadə hüququn yeni yaranmaqda olan sahələrindən olan vergi hüququnun əhəmiyyətindən danışıb, bu konteksdə dərc olunmuş yeni kitabın əhəmiyyətli rol oynadığını, vergi hüququnun tədrisinin olduğunu qeyd ediblər.

Sonra kitabın müəllifi Fərid Nəbili müasir vergi hüququnun problemləri, vergi qanunvericiliyindəki boşluqlar, vergi mübahisələrinə baxılarkən formalaşmış məhkəmə təcrübəsi barədə təqdimatla çıxış edib, tələbələr maraqlandıran çoxsaylı suallar cavablandırılıb.

Xəbərlər

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib

BDU-nun müəllimi Maqsud Babayev vəfat edib
19/10/2026

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Ataməli Musaoğlunun məzarı ziyarət olunub
19/10/2026

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər

BDU tələbələri üçün Bakı Zooloji Parkında innovativ dərslər
19/10/2026