Vergilər Nazirliyi ilə BDU arasında əməkdaşlıq məsələləri müzakirə edilib

09/08/2019

Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi ilə Vergilər Nazirliyinin Tədris Mərkəzinin nümayəndələri arasında görüş keçirilib.

BDU-nun rektoru Elçin Babayevin, Tədris Mərkəzinin rəisi Fərhad Əmirbəyovun, mərkəzin elmi-tədqiqat işləri üzrə rəis müavini Mirəli Kazımovun və Vergilər Nazirliyinin İnsan resursları Baş İdarəsi rəisinin müavini Nərgiz Muradovanın iştirak etdikləri görüşdə universitet ilə Nazirliyin Tədris Mərkəzi arasında imzalanacaq əməkdaşlıq müqaviləsinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə kadr və tədris hazırlığı işlərinin Vergilər Nazirliyinin prioritetlərindən olduğu qeyd edilib, BDU tələbələrinin vergi orqanlarında karyera imkanları və iş prinsipləri barədə məlumatlandırılmasının, eləcə də, əməkdaşlıq çərçivəsində BDU tələbələri ilə mütəmadi görüşlərin əhəmiyyəti vurğulanıb.

Həmçinin “Vergi hüququ” və “Vergi psixologiyası” fənlərinin tədrisinin vacibliyi qeyd edilib, BDU-da bu fənlərin tədris olunması üçün kadr potensialının olduğu və növbəti mərhələdə “Vergi hüququ” kafedrasının yaradılmasının mümkünlüyü bildirilib.

Görüşdə Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə BDU arasında qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

 

Mətbuat və informasiya şöbəsi, 09 avqust 2019-cu il.

Xəbərlər

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb

BDU-nun iki komandası ICPC-nin Azərbaycan üzrə final mərhələsinə vəsiqə qazanıb
26/10/2026

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb

BDU-da “FUTURE17 SDG Challenge” proqramının ilkin mərhələsi yekunlaşıb
26/10/2026

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib

BDU-da ELSA Azərbaycan-ın təqdimat mərasimi keçirilib
26/10/2026