VI Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək

21/04/2026

Mayın 16-da saat 11:00-da VI Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək. Final mərhələsi Bakı şəhərində Bakı Dövlət Universitetində, Naxçıvan şəhərində isə 7 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Respublika turunda 65 və daha yüksək bal toplamış şagirdlər final mərhələsində iştirak hüququ qazanıblar.

Final mərhələsinin qalibləri 25 sentyabr – 5 oktyabr tarixlərində Vyetnamın Hanoy şəhərində keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirak etmək məqsədilə xüsusi hazırlıq proqramına cəlb olunacaqlar.

Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən universitetdə və mərkəzdə təşkil ediləcək. Bundan əlavə, beynəlxalq olimpiadaya seçilmiş komanda üzvləri üçün N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında birhəftəlik yay düşərgəsi keçiriləcək. Həvəskar Astronomlar Cəmiyyəti isə məktəblilərə teleskoplardan istifadə qaydaları üzrə praktiki təlimlər keçəcək.

Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, VI Azərbaycan Astronomiya Olimpiadası Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə təşkil olunur.

Xəbərlər

Qürur və ehtiram günü

Qürur və ehtiram günü
27/09/2026

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub

Sentyabrın 25-də BDU-da ilk dərslər Anım Gününə həsr olunub
25/09/2026

BDU-da Anım Günü qeyd olunub

BDU-da Anım Günü qeyd olunub
25/09/2026