VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

06/06/2026

Ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri və xüsusi istedadı ilə seçilən VIII sinif şagirdləri arasında keçirilən VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri elan olunub. İki mərhələdən ibarət olimpiadanın respublika turunda astronomiya üzrə bilik və bacarıqlarını yoxlamaq məqsədilə 2200-ə yaxın şagird qeydiyyatdan keçib. İlk turda ümumi balın ən azı 65%-ni toplayan şagirdlər final mərhələsinə dəvət alıblar.

Mayın 16-da Bakı Dövlət Universitetində (BDU) və Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən olimpiadanın final mərhələsində respublika turunu uğurla keçən 224 şagird iştirak edib. Təşkilat Komitəsinin qərarına əsasən, onlardan ən yaxşı nəticə göstərən şagirdlərin 5-i I, 9-u II, 15-i isə III yerə layiq görülüb. Qaliblərin siyahısı ilə “Nəticələr” bölməsindən tanış ola bilərsiniz.

Olimpiadanın final mərhələsinin qalibləri medal və hədiyyələrlə mükafatlandırılacaq, həmçinin bu il Vyetnamda keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə dəvət olunacaqlar. Hazırlıq dərsləri BDU və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən təşkil olunacaq.

VI Azərbaycan Astronomiya Olimpiadasının təşkilatçıları BDU, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomiya Cəmiyyəti” İctimai Birliyidir. Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Təhsil İnstitutunun dəstəyi ilə həyata keçirilir.

Qeyd edək ki, VI Azərbaycan Astronomiya Olimpiadası və XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə həyata keçirilir.

Xəbərlər

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb

VI Azərbaycan Astronomiya Olimpiadasının nəticələri açıqlanıb
06/06/2026

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”

BDU-nun Astrofizika kafedrası: “İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək”
05/06/2026

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar

BDU tələbələri “Spark Tələbə İnnovasiya Proqramı”nda uğur qazanıblar
05/06/2026