Videomontaj təlimlərinə start verilib

02/03/2020

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Tədris teleradio studiyasında videomontaj təlimlərinə start verilib. Televiziya jurnalistikası haqqında biliklərini iştirakçılarla bölüşən studiyanın rəhbəri Ramin Rzayev onlara təlimlərin keçirilmə məqsədləri barədə məlumat verib.

Təlimçi, studiyanın video-montajçısı Sərdar Əsədzadə tələbə-jurnalistləri montaj proqramları haqqında məlumatlandırıb, onlara paktik olaraq proqramlardan necə istifadə etməyin yollarını izah edib.

Sonda iştirakçılarla praktik iş aparılıb və müvafiq tapşırıqlar verilib.

Əlavə edək ki, montaj təlimi bir neçə dərs keçirildikdən sonra operatorluq, müxbir işi və aparıcılıq təlimlərinə start veriləcək. Təlimlərin keçirilməsində əsas məqsəd tələbə-jurnalistlərin praktik bilgilərini artırmaq və peşə vərdişlərini formalaşdırmaqdır.

Xəbərlər

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür

18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
18/10/2026

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026