Vikipediya qrupu yaradılıb

04/03/2020

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Vikipediya qrupu yaradılıb. Jurnalistika fakültəsinin tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak ediblər. Təlimlərin əsas məqsədi tələbə-könüllülərin “Vikipediya”nın Azərbaycan və xarici dil bölmələrində səhifələrin yaradılmasında və redaktə olunmasında iştirakını təmin etməkdir. “Vikipediya” Metodik Mərkəzinin könüllüləri Azərbaycanın maddi-mədəni abidələri, tarixi, coğrafiyası, ədəbiyyatı, jurnalistikası kimi mövzular ətrafında məqalələrin yaradılması və bu sahədəki boşluqların aradan qaldırılmasında fəaliyyət göstərəcəklər.

Təlimlər 2018-ci ildə Mərkəzi Elmi Kitabxana, BDU-nun elmi kitabxanası və Jurnalistika fakültəsi arasında əməkdaşlıq haqqında memorandum çərçivəsində təşkil olunub. Memorandumda tərəflər arasında informasiya və sənəd mübadiləsinin aparılması, müəssisələrin elmi vəsait bazalarının zənginləşdirilməsi və gələcəkdə birgə layihələrin təşkili məsələləri nəzərdə tutulub.

2019-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri Mərkəzi Elmi Kitabxananın “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak edərək bugünə qədər 30-dan yuxarı yeni məqalə yaradıblar.

 

Xəbərlər

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Zəfər yaddaşı” intellektual oyunu
05/11/2026