Vəkillər kollegiyasının üzvü Ziya Ələsgərovla tələbələrin görüşü keçirilib

22/11/2021

Bakı Dövlət Universitetinin Hüquq fakültəsi və Tələbə Gənclər Təşkilatının "Socialist Law Club”un birgə təşkilatçılığı ilə Vəkillər kollegiyasının üzvü Ziya Ələsgərovla tələbələrin görüşü keçirilib. "Cinayət təqibi" mövzusunda keçirilən görüşdə vəkil tələbələrə cinayət təqibinin anlayışı, mahiyyəti və növləri, onun həyata keçirilməsi vəzifəsi, cinayət təqibini istisna edən halları, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları, cinayət təqibinə xitam verilməsi qaydası və digər məsələlərlə bağlı məlumat verib.

Görüş tələbələrin mövzu ətrafında suallarının cavablandırılması ilə yekunlaşıb.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar

BDU-nun gənc tədqiqatçıları beynəlxalq elmmetrik bazalardan istifadə qaydaları barədə məlumatlandırılırlar
11/11/2026

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib

Almaniyanın ENAMEC İnstitutunun professoru BDU-da mühazirə deyib
11/11/2026