Vürçburq Universitetinin professoru BDU-da mühazirələr oxuyub

16/04/2013

Almaniyanın Vürçburq Universitetinin Avropa Əmək Hüququ üzrə professoru Kristof Kerver Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Avropa Hüququ üzrə magistrantlarına bir neçə mühazirə oxuyub. Professor Kerverin Bakıya səfəri Bakı Dövlət və Vürçburq Universitetlərinin birgə həyata keçirdiyi Avropa Hüququ ikili diplom magistr proqramı çərçivəsində mümkün olub.

Professor Kerverin 20 akademik saat ərzində Avropa Əmək Hüququ fənni üzrə ingilis dilində interaktiv mühazirələri birinci və ikinci kurs magistrantları tərəfindən böyük maraqla qarşılanıb. Magistrantlar Avropa Birliyinin müvafiq direktivləri (qanunları), Avropa Birliyi ölkələrində əmək münasibəti tərəflərinin qarşılıqlı hüquq və vəzifələri, həmçinin Avropa Ədalət Məhkəməsinin əmək mübahisələrinə dair çıxardığı qərarlar ilə yaxından tanış olublar.

Kristof Kerver bu birgə layihədə Bakıda mühazirələr oxuyan ilk professor olub və sentyabr-oktyabr aylarında daha iki professorun BDU-da mühazirələr oxuması planlaşdırılır.

Professor Kerferin mühazirələri üçün universitet və fakültə rəhbərliyi tərəfindən bütün şərait yaradılıb.

Mətbuat və İnformasiya şöbəsi, 16 aprel 2013-cü il.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026